Müğənni Hissin mahnısı 9-cu sinfin buraxılış imtahan sualına salındı - FOTO
(1-11-2023, 15:00)
Azərbaycanda abituriyentlər üçün hazırlanmış imtahan sualında müğənni Hissin mahnısının sözləri yer alıb.
dovrunnabzi.az xəbər verir ki, söhbət özəl tədris müəssisələrindən birində 9-cu siniflər üçün təşkil olunan sınaq imtahanından gedir.
Sualda Hissin "Mars" adlı mahnısındakı "mahnılarım qızıldır, paslanmır" sözləri yer alıb.
Sözügedən sual bəzi valideynlərin marağına səbəb olub. Onlar nə üçün tanınmış sənətkarların klassik ifalarından yox, məhz Hissin mahnısından test tərtib edilmədiyini bildirirlər.
Qeyd olunur ki, sözügedən suallar Dövlət İmtahan Mərkəzinin bazası əsasında hazırlanıb və bu cür suallar digər tədris mərkəzlərinin də imtahanına salınıb.
Ana səhifəyə qayıt
Oxunub: 391
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər