Saatlıda dövlətin torpağını dədə malı işlədən Zahid və Tahir qardaşları kimə arxayındır? – VİDEOFAKT
(30-10-2023, 11:35)

    

Əziz oxucular!

Redaksiyamıza daxil olan videofakta əsasən Saatlıda iki qardaş tərəfindən işlədilən karxanada ciddi nöqsanlara yol verilir. Belə ki, sözügedən ərazidə yerin təkindən istismar qaydalarına riayət olunmaması nəticəsində Araz çayının müasir məcrasının dəyişməsi, yaxınlıqda yerləşən yaşayış məntəqələrində yeraltı suların səviyyəsi aşağı düşüb, minerallaşma dərəcəsi isə xeyli dəyişib.

Karxana fəaliyyəti zamanı ərazidə əmələ gəlmiş oyuqlar və çuxurlara yığılan qrunt suları gölməçəni xatırladır.

Maraqlıdır, bu qədər nöqsanların aşkar edildiyi karxananın fəaliyyt göstərməsi üçün şərait yaradan kimlərdir?

Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayev başda olmaqla, səlahiyyətli şəxslərin Zahid və Tahir qardaşlarının ölkə sərvətini açıq-aşkar talan etmələrindən xəbəri yoxdurmu?

 

Mövzunu diqqətdə saxlayacağıq.

Redaksiyamız qarşı tərəfin də söz haqqını tanıyır...

 

dovrunnabzi.az 


шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 128

Xəbər lenti