Fərid Mansurov: “Açıq havada məşq etmək mümkün olmayacaq”
(24-09-2020, 16:47)
Qapalı idman zallarının və fitness mərkəzlərinin fəaliyyətinin bərpa olunması ilə bağlı müzakirələr davam edir.
Bunu Azərbaycan Milli Anti-Dopinq Agentliyinin (AMADA) steroidlərdən istifadənin yayılması və onun fəsadları barədə mətbuat konfransında Gənclər və İdman Nazirliyinin İdman Şöbəsinin müdiri Fərid Mansurov deyib.
O, idman zallarının bərpası ilə bağlı qərarı Nazirlər Kabineti yanında operativ qərargahın verəcəyini söyləyib:
“Bu gün pandemiya ilə bağlı olaraq hər bir addım operativ qərargahın qərarına əsasən atılır. Ümid edirik ki, idman sahəsində də bu icazə veriləcək. Açıq havada yarışların keçirilməsinə icazə verilib. Artıq müəyyən vaxtdan sonra havalar soyuyacaq. Bir neçə idman növündə beynəlxalq yarışlar start götürüb. Operativ qərargahdan cavab gözləyirik”.
Yunan-Roma güləşi üzrə Olimpiya çempionu Fərid Mansurov zallar açıldığı halda, noyabrda Bakıda paracüdo üzrə Qran Prinin, dekabrda idman gimnastikası üzrə Avropa çempionatının keçiriləcəyini bildirib.
Ana səhifəyə qayıt
Oxunub: 94
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər