“Ermənistan ciddi-cəhdlə müharibəyə hazırlaşır”
(24-09-2020, 14:30)

Tofiq Abbasov: “İrəvanın danışıqlarla bağlı dedikləri cılız siyasi fənddir”




“Ermənistan ciddi-cəhdlə müharibəyə hazırlaşır və onun danışıqlarla bağlı dedikləri sadəcə cılız siyasi fənddir”.

 

Bunu  açıqlamasında politoloq Tofiq Abbasov bildirib. Ekspertin sözlərinə görə, Azərbaycan gec-tez Qarabağ problemini müharibə yolu ilə həll etmək məcburiyyəti qarşısında qalacaq:

 

“Ermənilərin xisləti, onların siyasəti hər kəsə məlumdur. Onların təbiəti elə formalaşıb ki, bu təbiətdə müsbət, humanist  hansısa dəyişikliyin baş verməsi mümkün deyil. Ermənistan işğaldakı torpaqları azad etmək niyyətində deyil və heç vaxt bu məsələdə geri addım atmayacaq. Bu isə o deməkdir ki, Azərbaycan gec-tez Qarabağ poblemini müharibə yolu ilə həll etmək, düşmənin  başını hərb meydanında əzmək məcburiyyəti qarşısında qalacaq. İndiki məqamda müharibənin baş vermə ehtimalını yüksək hesab etməsəm də, yaxın gələcəkdə belə bir müharibənin baş verəcəyi mütləqdir”.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 68

Xəbər lenti