Məhşur broker Əbülfəzin keçmiş ortağı həbs olundusa... - İLGİNC İDDİALAR...
(9-10-2023, 13:30)

Son illər Dubayda yaşayan iş adamı elə həmin şəhərdə həbs edilib. Həbsinə səbəb olan motivlərlə bağlı əlavə məlumat verməyə çalışacağıq.
Xatırladaq ki, iş adamının həyat yoldaşı Diana Əhədpur da bahalı həyat tərzi ilə dəfələrlə gündəmə gəlib.

Manuçehr Əhədpur Xangah bir zamanlar Azərbaycanda sərvəti ilə göz qamaşdıran keçmiş gömrük brokeri Əbülfəzin əsas ortaqlarından biri olub və demək olar ki, Əhədpur özünün Azərbaycandakı imkanlarına görə, məhz "Broker” MMC-nin rəhbəri olmuş Əbülfəz Məlikova minnətdardır.
Xatırladaq ki, Əbülfəz Məlikov da hazırda əvvəlki imkanlarına malik deyil və hətta müəyyən dönəmdə həbsdə belə yatası oldu.
Ona Əhədpurun həbs xəbərinin hansısa formada təsir edə biləcəyinə gəlincə isə... bu barədə növbəti yazımızda...DİA.AZ
Ana səhifəyə qayıt
Oxunub: 165
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər