Marketlərdə qul əməyi geniş yayılıb
(26-09-2023, 18:30)
Azərbaycanda quldarlıq quruluşuna kimlər rəvac verir?
Azərbaycanda rəsmi statistika işsizliklə bağlı gerçək mənzərədən xəbər vermir. Ölkədə işsizlərin sayı rəsmi sənədlərdə göstəriləndən dəfələrlə çoxdur. Elə əməkhaqqı ilə bağlı vəziyyət də belədir. Ən acınacaqlısı isə qul əməyinin ölkədə getdikcə daha çox rəvac tapmasıdır. İşsızlərin sayının rekord həddə yüksəlməsi bəzi işbazlara insanların əməyini istismar etməyə əlverişli imkan yaradır. Qul bazarları barədə çox yazılıb, çox deyilib. Lakin insan ləyaqətini alçaldan bu quldarlıq forması ölkədə fəaliyyət göstərən bir sıra market şəbəkələrinin tətbiq etdiyi iş qaydaları ilə müqayisədə toya getməliymiş. “Rahat” marketlər şəbəsində işçilərə qeyri-insani münasibət barədə məlumat vermişdik. Bu mağazalarda nəzarətçi-müdir işləyən 25-27 yaşlı gənclərin 17- 35 yaşlı işçilərlə təhqiramiz rəftarı, onlarla aşağılayayıcı tərzdə davranmaları açıq hiddət doğurmuşdu. Lakin “Al” marketlər şəbəkəsində çalışmış keçmiş əməkdaşın mənimlə söhbət zamanı dilə gətirdiyi dəhşətli faklardan sonra bu obyektlərdə apardığım monitorinqlər burda işçilərin sözün əsil mənasında qul əməyi ilə istismar olunduğunu açıb göstərdi.

Bu mağazalar şəbəkəsi Azərsun Holdinqə bağlıdır və qrupa Türkiyədən gələn bir kürd iş adamı başçılıq edir. Təəssüf ki, şərkətlər qrupu və rəhbərliyi haqqıında bundan artıq məlumat öyrənmək mümkün olmadı. Bu mağazalarda iş vaxti əmək müqaviləsində 8 saat qeyd edilsə də əslində bir çox hallarda işçilər səhər saat 8-dən 22.00 -a kimi çalışdırılır. Həmin mağazalardan birində olarkən 18-19 yaşı qızlar mənə ayaqlarını göstərdilər. Ayaqlarının altı çat-çat idi və yaralarından qan axırdı. Onların bu çarəsiz durumu ürəyimi ağrıtdı. Axsaya -axsaya gəzir və bunu bəlli etməməyə çalışırdılar. Onlar gələcəyin anasıdırlar və bu qizlarin fiziki cəhətdən şikəst edilməsi əsi cinayətdir. Belə ki¸ çox böyük sahəyə malik mağazada cəmi 2-və ya 3 işçi çalışır. Bu qzlar həm satıcı, həm yükdaşıyan, həm kassir, həm də xadimə funksiyasını yerinə yetirirlər.



Ana səhifəyə qayıt
Oxunub: 267
Xəbəri paylaş
Xəbər lenti
11-07-2025 18:00
Ən çox baxılanlar