Azərbaycanın qadın millisi Maltaya qalib gələrək qrupda dördüncü pilləyə yüksəlib
(3-09-2022, 09:00)
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
E qrupu matçında rəqib Malta olub.
Ta Kali şəhərində təşkil olunmuş qarşılaşma Azərbaycan yığmasının qələbəsi ilə yekunlaşıb - 2:0.Qolları 10-cu dəqiqədə Kristina Bakarandze və 60-cı dəqiqədə Diana Məmmədova meydan sahiblərinin qapısından keçibib.
Bu qələbədən sonra Azərbaycan millisi xalını 6-ya yüksəldərək, 4 xala malik Maltanı turnir cədvəlində üstələyib və 4-cü pilləyə qalxıb. Hər iki komanda 7 oyun keçirib.
Ana səhifəyə qayıt
Oxunub: 172
Xəbəri paylaş
Xəbər lenti
Ən çox baxılanlar