İrəvana qaytarılan hərbçilərin görüntüləri yayıldı - VİDEO
(8-09-2021, 10:19)


İrəvana qaytarılan hərbçilərin görüntüləri yayıldı - VİDEO
Bakıdan qayıdan iki erməni hərbçini daşıyan Rusiya ordusuna məxsus təyyarə İrəvanın “Erebuni” hava limanına eniş edib.
 
Modern.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
 
Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qoşunlarının komandanı, general-leytenant Rüstəm Muradov onları Ermənistana qaytarmaq üçün Bakıya gəlmişdi.
 
İrəvana qaytarılan erməni hərbçilər Artur Nalbandyan və Aramais Torozyandır.
 
Ermənistan tərəfi onların iyulun 14-də Zəngəzur ərazisində saxlanıldığını bildirirdi.
 
Qeyd edək ki, Ağdərədə tutulan Azərbaycan ordusunun hərbçisi Cəmil Babayev Bakıda saxlanılan iki erməni hərbi qulluqçu ilə dəyişdirilib. Cəmil Babayev Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edərək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Ağdərə ərazisinə keçmişdi.
 
Xatırladaq ki, sonuncu məhbus qrupu mina xəritələrinin qarşılığında iyulun 3-də Ermənistana təhvil vermişdi. Bundan sonra proses dayandırılmışdı.
 

 

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 8

Xəbər lenti
20-09-2021 13:09
Təqvim
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930