Qarabağda daha 7 erməni hərbçinin qalıqları tapıldı
(15-07-2021, 09:14)

İşğaldan azad olunmuş Azərbaycan torpaqlarında bu gün aparılmış axtarış işləri zamanı daha 7 erməni hərbçinin qalıqları tapılıb.
Modern.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, qalıqlar Xocavənd rayonu ərazisində aşkar edilib.
Qalıqları tapılanlar Qarabağdakı döyüş əməliyyatlarının iştirakçıları olub.
Meyiti tapılanların kimliyinin müəyyənləşdirilməsi üçün məhkəmə ekspertizası aparılacaq.
Qeyd edək ki, Ermənistan tərəfinin açıqlamasına görə, Qarabağda hərbi əməliyyatlar dayanandan bəri işğaldan azad olunmuş Azərbaycan torpaqlarında ümumilikdə 1611 erməni hərbçinin cəsədi və ya qalıqları tapılaraq Ermənistana təhvil verilib.
Ana səhifəyə qayıt
Oxunub: 194
Xəbəri paylaş
Xəbər lenti
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər