"Unibank" müştərilərinə əlavə problem yaradır - GİLEY
(5-06-2023, 10:00)

“Unibank” kredit alanda vətəndaşdan ərizə tələb etmir, krediti bağlaynda isə ərizə tələb edir.
Bu problemlə Talıb adlı vətəndaş üzləşib. O bildirib ki, ona məlumat verilmədən kredit limiti artırılıb:
” “Unibank”dan şikayətim var. Ucard-a kredit limiti ayrılan zaman heç zəng eləyib soruşmadılar ki, (nəinki filiala getmək) kredit limiti açırıq sizə, razısınızmı? İndi bağlamaq istəyirəm, deyirlər mütləq filiala yaxınlaşmalısan. Rayonda da filial yoxdu, işdən vaxt da olmur ki, durub gedim İsmayıllıya. Kartdan da istifadə etməmişəm. “Unibank”, necə olur ki, krediti alanda mənim ərizəm lazım olmur, amma bağlayanda ərizə yazmalı oluram?”.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Ana səhifəyə qayıt
Oxunub: 104
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər