Ukraynaya 274 milyon avro verildi
(4-04-2023, 13:30)



Niderland Ukraynaya 274 milyon avro məbləğində yardım göndərəcək.

Bu barədə Niderlandın Xarici İşlər Nazirliyi, Xarici Ticarət və İnkişaf Əməkdaşlıq Nazirliyi parlamentə göndərdiyi məktubda bildirib.

Təxminən 180 milyon avro humanitar yardım, səhiyyə, enerji təchizatı, mənzil və infrastrukturun bərpası, eləcə də kənd təsərrüfatı torpaqlarının minalardan təmizlənməsinə yönəldiləcək. Daha 94 milyon avro isə Kiyev ilə NATO arasında əməkdaşlığın gücləndirilməsinə, habelə Ukrayna mədəniyyətinin qorunmasına və qorunub saxlanmasına yönəldiləcək.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 280

Xəbər lenti