Bayden ABŞ-ın Suriyadakı mövcudluğunu saxlayacaq
(27-03-2023, 09:22)


ABŞ Prezidenti Cozef Bayden amerikalı hərbçilərin Suriyada mövcudluğunu saxlamağı planlaşdırır.

Bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi deyib.

“Bizim İŞİD-ə qarşı missiyamız dəyişməyəcək. Suriyada bu qruplaşmaya qarşı vuruşan 1 000-ə qədər hərbçimiz var. Bu qruplaşma azalsa da, hələ də diridir”, - Kirbi CBS telekanalında deyib.
Bayden bu missiyanı yaşatmağa “tamamilə tərəfdarı” olduğunu vurğulayıb.
“Biz həmişə ordumuzu və obyektlərimizi qoruyacağıq”, - o əlavə edib.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 110

Xəbər lenti