Zelenski Vaşinqtona ABŞ-ın hərbi təyyarəsi ilə gedir
(22-12-2022, 15:00)

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ - a səfər edib .
Adı açıqlanmayan ukraynalı rəsmi onun gəlişi ilə bağlı məlumatı təsdiqləyib.
Dövlət başçısının təyyarəsi artıq “ABŞ-a enib”.
Məlumatı Associated Press agentliyi təsdiqləyib, Volodimir Zelenskinin olduğu təyyarənin Vaşinqton yaxınlığındakı aviabazaya eniş etdiyini yazıb .
Ukrayna lideri Vaşinqtona ABŞ hərbi təyyarəsi ilə gəlib. ABŞ paytaxtında o, həmkarı Co Baydenlə görüşməyi planlaşdırır. Administrasiya ilə danışıqlardan sonra Zelenski Konqresdə çıxış edəcək və Bayden "Patriot" hava hücumundan müdafiə sistemlərinin tədarükü də daxil ola biləcək yeni hərbi yardım paketini elan etmək niyyətindədir. Kreml hesab edir ki, Zelenski ilə Bayden arasında söhbət Ukrayna hakimiyyətinin Rusiya Federasiyası ilə danışıqlar məsələsində mövqeyinə təsir etməyəcək .
Ana səhifəyə qayıt
Oxunub: 233
Xəbəri paylaş
Xəbər lenti
Ən çox baxılanlar