Məşhur bloqer başında güllə yarası ilə ölü tapılıb
(14-12-2022, 13:00)


Məşhur bloqer başında güllə yarası ilə ölü tapılıb


Gözəllik mövzularını işıqlandıran populyar bloqer Maya Yaneska Yohannesburqdakı dəbdəbəli evində ölü tapılıb.

O, başından güllə yarası alıb.

“Göstərilən ünvana çatanda polis qadını çarpayıda başından güllə yarası ilə aşkar edib. Yanında tapança olub. Qadının təcili tibbi yardım əməkdaşları tərəfindən öldüyü elan edilib”, - polis sözçüsü polkovnik-leytenant Mavela Masondo bildirib.

1,2 milyonu olan “Instagram” hesabının abunəçiləri byuti-bloqer və vizajist Maya Mia istifadəçi adı ilə tanınırdı. Onun sevgilisi, “Carnilinx” tütün istehsalçısı şirkətinin rəhbəri Kayl Fillips polisə yataq otağından güllə səsi eşidəndə vanna otağında dişlərini fırçaladığını deyib.

Silahın dəqiq kimə məxsus olduğunu polis açıqlamayıb, bunun istintaqa mane olacağı bildirilib.

Mənbə: gazeta.ru
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 148

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930