“Putini istənilər vaxt aradan götürə bilərlər, klanlar “ehtiyat aerodrom” hazırlayırlar” - Jdanov
(12-12-2022, 11:00)


Putinin ətrafı rejimin dəyişdirilməsinə hazırlaşır və Latın Amerikasında «ehtiyat aerodrom» təşkil edir. Onlar anlayırlar ki, ölümündən sonra və ya Putinin vəzifəsindən kənarlaşdırılmasından sonra, çətin ki, Qərblə birgə mövcudluq barədə danışığa gedə bilsinlər.

«Obozrevatel»ə müsahibəsində hərbi ekspert Oleq Jdanovun bəyan etdiyi kimi, belə «ehtiyat aerodromlar»ı özlərinə həm də hərbi rəhbərlik və güc nümayəndələri hazırlayırlar.

Məlum deyil ki, onlar Qərblə razılığa gələ biləcəklərmi, ya yox, onun öldürülməsi və ya vəzifədən kənarlaşdırılması təhlükəsizlik üçün «bilet» və ya qarantiya ola bilərmi? Ona görə onlar «aerodrom» hazırlayırlar və düzgün də edirlər. Bu isə istənilən an baş verə bilər.

«Orada situasiya o qədər proqnoza gəlməzdir ki, bir səhər biz yuxudan ayıla və Rusiya televiziyası ilə «Durnalar gölü» baletinə baxa bilərik. Həm də bir qədər də irəli gedə, situasiya daha da proqnoza gəlməz, daha da nəzarətdən kənar olar» - Jdanov deyib.
Ekspertin Rusiya mənbələrindən əldə etdiyi informasiyaya görə, açıq-aydındır ki, Rusiya Federasiyasında artıq rəqabət başlayıb. Hər necədirsə, hər kəs anlayır ki, Putin sadəcə onları azad buraxa bilər. Jdanov qeyd edib ki, Rusiya elitası və güc nümayəndələri üçün Putinin aradan götürülməsi - bu, yeni həyata bilet olar. "Putin - xoşbəxt biletdir. Çünki Qərb rejimin dəyişməsinə razılıq verə və bunu edənləri azad buraxa bilər. Həm də güc variantını unutmaq olmaz. Əgər Patruşev və ya generallar hakimiyyəti götürsələr, bu, RF-da hərbi rejimin dönüş nöqtəsi olar. Belə də olar ki, əvvəlcə hökuməti yıxarlar, sonra hərbi diktatura, sonra isə hansısa başqa forma yaradarlar» - Jdanov qeyd edib.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 121

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031