Kanada İrana qarşı sanksiyalar siyahısını genişləndirdi
(5-12-2022, 11:30)


Kanada İrana qarşı sanksiyalar siyahısını genişləndirdi


Kanada İrana qarşı sanksiyalar siyahısını genişləndirib.

Siyahıya daha dörd fiziki şəxs və beş təşkilatın adı əlavə edilib.

Bu barədə Kanada xarici işlər naziri Melani Coli açıqlama verib.

Nazir qeyd edib ki, məhdudiyyətlər İranda davam edən insan haqlarının pozulması ilə əlaqədar tətbiq edilir. Siyahıya əsasən ölkənin xüsusi təyinatlı qüvvələrinin komandanı Həsən Kərəmi, “Cavan” xəbər agentliyi, eləcə də “Safiran Airport Services” şirkəti əlavə edilib. Kanada “Safiran Airport Services” şirkətinin İrana məxsus pilotsuz təyyarələrin Rusiyaya göndərilməsində iştirak etdiyi qənaətindədir.

Qeyd edək ki, bundan əvvəl İranda baş verən etirazlar fonunda Kanada İranın onlarla fiziki və hüquqi şəxsini, o cümlədən SEPAH üzvlərini iqtisadi sanksiyalar siyahısına daxil edib.

Həmçinin “Shahed” və “Mohajer-6” pilotsuz uçuş aparatlarını istehsal edən “Shahed Aviation Industries” və “Qods Aviation Industries” şirkətləri də Kanada sanksiyalarına daxil edilənlər sırasındadır. Ottava iddia edir ki, bu şirkətlər Ukraynadakı müharibədə istifadə üçün öz məhsullarının Rusiyaya tədarükündə iştirak etmiş ola bilərlər.

Mənbə: TASS


шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 164

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930