“Vladimir Putin Kiyevi tutanadək sakitləşməyəcək” - ABŞ institutu
(18-11-2022, 12:30)


“Danışıqlar Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandıra bilməz. Ən yaxşı halda fasilə yarana bilər. Rusiya Prezidenti Vladimir Putin bu və ya digər vasitələrlə Ukraynaya nəzarəti bərpa etmək cəhdindən heç vaxt əl çəkməyəcək”.

Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutundan bildirilib.

Qeyd olunub ki, Krımın işğal olunmasından 8 il keçəndən sonra Ukraynaya yenidən hücum V.Putinin ambisiyasını göstərir: “Görünür, o, Kiyevi fəth edənədək sakitləşməyəcək. Ukraynanın bu il işğala müqavimət göstərməsi göstərir ki, ukraynalılar asanlıqla təslim olmayacaqlar. Putin hakimiyyəti Kremli idarə etdiyi müddətcə münaqişə həll olunmayacaq. Danışıqlar bu reallığı dəyişməyəcək".

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 144

Xəbər lenti
12-11-2025 11:00