“Bahalı əşyalar almağı dayandırın, nağd pul yığın!” - Dünyanın ən varlı adamı xəbərdarlıq edir
(15-11-2022, 13:30)


“Amazon” şirkətinin təsisçisi və baş icraçı sədri, milyarder Ceff Bezos ABŞ-da resessiyanın gözlənildiyi haqda xəbərdarlıq edib. O istehlakçılara və şirkətləri məsləhət görüb ki, böyük böhrana qarşı nağd pul yığsınlar.

“Hazırda iqtisadiyyatın vəziyyəti yaxşı görünmür”, – milyarder ötən şənbə günü CNN-ə deyib.

“İşlər yavaşıyır, iqtisadiyyatın bir çox sektorlarında ixtisarlar aparılır. Hazırda resessiya baş verməsə belə, tezliklə olacağı görünür”, – o vurğulayıb.

Bezos amerikalılara tövsiyə edib ki, yeni televizor, soyuducu, avtomobil kimi böyük şeylər almağı təxirə salsınlar, çünki iqtisadi şərait pisləşə bilər. 

O kiçik sahibkarlara da yeni avadanlığa sərmayəni ertələməyi, əvəzində nağd pul yığmağı məsləhət görüb.Milyarder resessiyanın nə vaxtadək çəkə biləcəyini deməyib, amma adamları iqtisadi fəlakətə hazır olmağa səsləyib.
Bezos bir müddət öncə də oxşar fikirlər səsləndirmişdi, hazırlıqlı olmağa çağırmışdı. Bu arada “Amazon” şirkəti də xərcləmələri azaldıb, son aylar bəzi vəzifələrə kadr cəlbini dondurub.
Bu il aparıcı investorlar, şirkət rəhbərləri, akademikləri və təhlilçilər ressessiya həyəcanı çalırlar. Onlar Federal Ehtiyatlar Sisteminin inflyasiya ilə mübarizəsini əsas gətirirlər. İyunda inflyasiya son 40 ildə ən yüksək həddə – 9.1 faizə yüksəlib, oktyabrda isə 7.7 faiz olub.
ABŞ Mərkəzi bankı faiz dərəcələrini qaldırmaqla qiymətlərə təzyiqi azaltmağa çalışır. Martda sıfır civarında olan faiz dərəcəsi bu gün 3.75- 4% arası dəyişir, 2007-ci ildən bəri ilk dəfə olaraq 5 faizi keçə bilər.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 140

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930