RUSİYANIN XERSON RƏZALƏTİ ABŞ MEDİASINDA... - "Putin kütləvi bombardmanları artıra bilər"
(11-11-2022, 14:00)
Xəbər verildiyi kimi, ötən gün Rusiya müharibənin ilk günlərindən işğal etdiyi strateji və siyasi əhəmiyyətə malik olan Xerson şəhərindən geri çəkilməyə başlayıb. Rusiyanın işğal etdiyi Krım yarımadasına yeganə giriş qapısı olan regional paytaxtdan geri çəkilməsinə səbəb kimi, Ukraynanın əks-hücumlarının effektivliyi göstərilir.
Əlbəttə,Rusiya ordusunun Xersondan “qaçması” hərbi uğursuzluqdur. Lakin bunun Rusiyanın hərbi strategiyasına necə təsir edəcəyi məlum deyil.
Bu barədə ABŞ-ın "The Washington Post" nəşrinin Xersondakı son vəziyyətlə bağlı yayımladığı məqalədə bildirilir.
Həmin məqalənin tərcüməsini təqdim edirik:
"Xersonda nə baş verir?
Çərşənbə günü televiziyada çıxış edən Rusiyanın Müdafiə naziri Sergey Şoyqu yorğun görünən Rusiyanın Ukraynadakı silahlı qüvvələrinin başçısı polkovnik Sergey Surovikinin yanında əyləşərək, rus qoşunlarına Dnepr çayının şərq sahilinə çəkilməyi əmr edib. O bildirib ki, "bu addım hərbçilərimizin həyatını və döyüş qabiliyyətini xilas edəcək".

Belə bir qərarın verilməsi Ukraynanın cənub cəbhəsində həftələrdir davam etdirdiyi əks-hücum əməliyyatlarının nəticəsi hesab olunur.Oxşar qərarı bundan əvvəl Rusiya sentyabr ayında Xarkov vilayətindəki əraziləri boşaldarkən almşdı.
Ukraynada döyüşən Rusiyanın muzdlu “Vaqner” qrupuna rəhbərlik edən oliqarx, Putinin “kölgəsi” hesab olunan Yevgeni Priqojin bildirib ki, "Putinin bu çağırışı asan deyil, lakin düzgün qərardır”.
Tanınmış rusiyalı hərbi bloger Semyon Peqov isə geri çəkilməklə bağlı qərarı "qara səhifə" adlandırıb.
Xersondan geri çəkilməklə bağlı qərar gözlənilməz olmadı
Rusiya bir neçə həftədir Xersondan geri çəkiləcəyi ilə bağlı siqnallar verirdi. ABŞ Müdafiə nazirinin siyasət üzrə müşaviri Colin Kahl çərşənbə axşamı onlayn müzakirədə jurnalistlərə bildrmişdi ki, Birləşmiş Ştatlar yaxınlaşan geri çəkilmənin göstəricilərindən məlumatlıdır.