“Rusiya ağır təzyiq altındadır” - Stoltenberq
(11-11-2022, 10:30)


“Prezident Putin Avropanın təhlükəsizliyinə meydan oxunur, Ukraynaya qarşı təcavüzkar və amansız müharibə aparır".

Bunu NATO Baş katibi Yens Stoltenberq İtaliya Baş naziri Giorgia Meloni ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Biz eyni zamanda, görürük ki, Ukrayna silahlı qüvvələri Rusiya qüvvələrini geri oturdur və torpaqlarını azad edir. Bütün bunlar Ukraynanın qorxmaz və cəsur əsgərlərinin etdikləridir. Eyni zamanda, NATO müttəfiqlərinin, həmçinin İtaliyanın verdiyi hərbi dəstək hər gün döyüş meydanında fərq yaradır və Ukraynanın irəliləməsi üçün vacib olaraq qalır”, - NATO Baş katibi qeyd edib.

NATO Baş katibi Rusiyanın Xerson şəhərindən çəkilməsi barədə də danışıb.

“Rusiya Xersondan çəkildiyini bəyan edib. Biz qarşıdakı günlərdə vəziyyətin necə olacağını nəzarətdə saxlayacağıq. Aydındır ki, Rusiya ağır təzyiq altındadır. Rusiya qüvvələrinin Xersonu tərk etməsi Ukrayna üçün digər bir qələbə olacaq”, - Stoltenberq vurğulayıb.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 140

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930