“Medvedevin şansı yoxdur” - Budanov Putinin ehtimal olunan varislərini sadalayıb
(25-10-2022, 10:30)


Rusiyada Vladimir Putinin taxt-tacı uğrunda mübarizə kəskinləşib. Xüsusilə bu, Ukrayna vilayətlərinin ilhaqının leqallaşdırılmasından sonra hiss olunandır.

Bu barədə «UP»-ə müsahibəsində Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov danışıb («UNİAN»).

Diktatorun varisi kimi özünü o şəxs görür ki, hazırda Ukrayna ərazilərinin ilhaqında ona kömək edir - RF Prezident Administrasiyası başçısının birinci müavini Sergey Kiriyenko. Qalan namizədlər az ehtimal olunandırlar.

Jurnalist qeyd edib ki, Ukraynanın siyasi dairələrində onu müzakrə edirlər ki, Putinin yerinə RF Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev və RF Təhlükəsizlik Şurası katibi Nikolay Patruşevin oğlu, RF kənd təsərrüfatı naziri Dmitri Patruşev «can atır».

«Medvedev - şanssızdır. Patruşevin oğluna gəlincə, onu hamıdan əvvəl prezident kimi atası görmək istəyir. Bu, onu görmək istəyən başlıca qüvvədir. Patruşevin şansı varmı? Hipotetik olaraq, var. Amma orada o, təkdir. Kiriyenko özünü kresloda görür» - Budanov deyib.
Digər namizədləri o, sadalamaqdan imtina edib.
Xatırladırıq ki, Budanov bicliklə gülümsəyərək, cavab verib - Putin hələ sağdır.
«Biz, bütün situasiyaları götür-qoy edirik. Tələsməyin. Əgər hər şeyi əvvəlcədən bilsəniz, bundan sonra yaşamaq maraqsız olar (gülümsəyir)» - Budanov deyib.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 153

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930