“Rusiyaya xatırladırıq ki, nüvə müharibəsində qalib gəlmək olmaz” - Stoltenberq
(19-10-2022, 10:30)


Ukraynaya qarşı nüvə silahından istifadə riski azdır, lakin NATO bunu ciddi qəbul etməlidir.
Bunu NATO-nun baş katibi Yens Stoltenberq Berlində Xarici Siyasət Forumunda çıxışı zamanı deyib.
"Ukraynaya hər hansı nüvə hücumu və ya nüvə silahından istifadə riski azdır, lakin təbii ki, mümkün nəticələr böyükdür. Ona görə də belə bir riskə ciddi yanaşmaq lazımdır", - Stoltenberq bildirib.
Stoltenberqin sözlərinə görə, Rusiya Ukraynada nüvə silahından istifadə etsə, ciddi fəsadlarla üzləşəcək.
“Rusiyaya xatırladırıq ki, nüvə müharibəsində qalib gəlmək olmaz”, - baş katib vurğulayıb.
Alyans rəsmisi söyləyib ki, NATO Rusiyanın hərəkətlərini diqqətlə izləməkdə davam edir:
“Biz hadisələrin istənilən mümkün inkişafına hazır olmalıyıq”.шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 206

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930