“Bir həftə ərzində Xerson barədə yaxşı xəbərlər olacaq” – EKSPERT
(18-10-2022, 11:30)
Bunu USQ istefada olan polkovniki, pilot-instruktor Roman Svitan telemarafon efirindən danışıb («UNİAN»).
«Yaxın vaxtlarda gerçəkdən Ukrayna ordusu tərəfindən bəzi əks-hücum fəaliyyəti həyata keçiriləcək. Haradasa həftə ərzində biz, sağ sahil barədə yaxşı xəbərlər eşidəcəyik» - o, proqnoz edib.
Ekspert əlavə edib ki, bu yaxınlarda Ukrayna ordusu növbəti kömək tranşı alıb, bu, əsasən artilleriya, artilleriya üçün döyüş sursatıdır – HİMARS-a yeni mərmilərdir və onlar hava həmlələri üçün kifayət qədər uğurludur.
"Təbiidir ki, bütün bu kömək rusiyalıların başına səpələnib və sağ sahildə, o cümlədən, Xerson vilayətinin sağ sahilində. Ona görə son vaxtlar biz, rusiyalı təbliğatçıların qışqırığını eşidirik, kollaborantların mediası miqyaslı artilleriya hazırlığının getdiyi barədə səs-küy salır. Amma bu, artıq miqyaslı yox, Ukrayna ordusunun atəş endirməsinin standart yanaşmasıdır» - Svitan fkrini bölüşüb.
Zabit əlavə edib ki, düşmənlər, təbbi ki, hücumun belə səviyyəsinə tab gətirə bilmir, cəbhənin bəzi hissələrində səpələnirlər, geri çəkilirlər, geri çəkilmənin belə səviyyəsini ört-basdır edirlər, o cümlədən, media vasitəsilə.
«Və biz, hazırda rusiyalıların sağ sahildən sol sahilə hərəkətini eşidirik və görürük, əsasən onlar öz ailələrini və Rusiya hərbçilərini çıxarırlar… və bütün bu proses yerli əhaliyə qayğı adı altında gizlədilir - guya əhali sağ sahildən sol sahilə keçirilir» - ekspert izah edib.
Ana səhifəyə qayıt
Oxunub: 181
Xəbəri paylaş
Xəbər lenti
Ən çox baxılanlar