“Rusiyada Putinin və Medvedevin tənqidi güclənib” - ISW
(11-10-2022, 09:30)



Krım körpüsündə partlayış, Ukraynada işğal ordusunun uğursuzluqları və səfərbərliklə bağlı problemlər RF Prezidenti Vladimir Putinin bilavasitə radikal fəaliyyət tərəfdarları tərəfindən tənqidinə səbəb olub.

Bu barədə müharibəni öyrənən İnstitut (ISW) xəbər verir («UNİAN»).

Analitiklərin məlumatına görə, hərbi müxbirlər Putini və Kremli mühüm hadisələrə reaksiya vermək qabiliyyətinin olmaması səbəbilə tənqidə məruz qoyublar. Onlar qeyd edirlər ki, Prezidentin ətrafında o zaman birləşmək çətin olur ki, onun hökuməti məxfiliyə üstünlük verir. Digər tənqidçilər bununla əsəbləşirlər ki, Putin müharibədə bir sıra uğursuzluqlara daim diqqət yetirməyib, o cümlədən «Moskva» kreyserinin batırılmasına.

Eyni zamanda, döyüş əməliyyatlarının davam etdirilməsinin tərəfdarları Kerç boğazı üzərindəki körpüdə həyata keçirilmiş partlayışa görə qisas almağı tələb edirlər, əks təqdirdə susmağı Putinin «zəifliyi» kimi qəbul edəcəklər.
Eləcə də onlar Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevin susmasını tənqid edirlər. Hansı ki, o, demişdi: «Krım körpüsünə hücum «qırmızı xətt» kimi qəbul olunacaq».
Hərbi yönlü düşərgə tərəfindən tənqid Putinin vəd etdiyi Ukraynanın «denasifikasiyası»nı yerinə yetirmək qabiliyyətinin şübhə altına alınmasına işarə olmaqla, onun nüfuzunun əsas elektorat arasında düşməsinə gətirb çıxarar, eksperlər yazırlar.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 134

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930