İran polisi Zahidanda 7 uşağı GÜLLƏLƏDİ - FOTO
(7-10-2022, 15:00)



İranın hüquq-müdafiə təşkilatları təhlükəsizlik qüvvələrinin Zahidan şəhərinin Məkki məscidində namaz qılanlara atəş açması zamanı azı 91 nəfərin öldüyünü, onların arasında 7 uşağın da olduğunu təsdiqləyib.
“Azad İran” “Telegram” kanalı xəbər verir ki, məlumatda öldürülən uşaqlar arasında ən kiçiyinin 2 yaşlı Mirşikar, ən böyüyünün isə 16 yaşlı Məhəmməd İqbal Şahnəvazi olduqları bildirilir.
Bu barədə xəbərlərin təsdiq olunmasından sonra, Zahidan şəhərinin cümə imamı Möləvi Əbdülhəmid bəluc tayfa başçıları ilə keçirdiyi görüşdə hökumətin rəsmi məlumatlarının həqiqəti əks etdirmədiyini söyləyib.
O, rəsmilərin etirazçılar arasında “Ceyşül Ədl” silahlı qruplaşma üzvlərinin olduğu barədə iddialarını əsassız adlandırıb. шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 268

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930