“Rusların Moskvanı nüvə zərbəsindən müdafiə etmək üçün heç nəyi yoxdur” – Ekspert
(7-10-2022, 09:30)
Rusiyalıların Moskvanı nüvə zərbəsindən müdafiə etmək üçün heç nəyi yoxdur. Rusiyanın nüvə arsenalının yalnız 41 faizi «o saat komanda üzrə» tətbiq üçün nəzəri baxımdan hazırdır.
Bu barədə Feysbuk-da «Defense Express»in hərbi analitiki İvan Kiriçevski danışıb («UNİAN»).
Qərbin analitiklərinin qiymətləndirmələrinə görə, 6 min nüvə döyüş başlığından 1500 döyüş başlığı əslində, öz «yararlılıq müddəti»ni çoxdan ötürüb, ona görə də onları utilizə etmək lazımdır.
Nüvə silahı saxlanan 12 bazadan 5-i bilavasitə Moskvada və ya Ukrayna ilə həmsərhəd vilayətlərdə - Bryanskda, Moskva vilayətinin Mojaysk qəsəbəsində və Belqorodda yerləşib. Qalan 7-si ya Uralda, ya da Uzaq Şərqdədir.«Rusiyanın təyyarələr üçün nüvə aviabombaları və 152 mm və 203 mm kalibrli toplar üçün atom mərmilərinin qalıb-qalmadığı barədə dəqiq məlumat yoxdur. Bəzi mənbələr təsdiqləyirlər ki, belə xüsusi döyüş sursatları 2000-ci illərin əvvəlində utilizə edilib» - Kiriçevski əlavə edib.
AzPolitika.info
Ana səhifəyə qayıt
Oxunub: 150
Xəbəri paylaş
Xəbər lenti
09-10-2025 16:23
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Təqvim
| « Yanvar 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 | |
Seçilənlər







