ABŞ-da FTB-nin keçmiş agentinin erməni mafiyası ilə əlaqəsi aşkarlanıb
(6-10-2022, 11:00)



ABŞ-ın San Fransisko şəhərində Federal Təhqiqat Bürosunun (FTB) keçmiş agentinin erməni mafiyası ilə əlaqəsi aşkarlanaraq, o, məxfi məlumat müqabilində rüşvət almaqda təqsirli bilinib.

Bu barədə ABŞ mətbuatına istinadən xəbər veriilr.

1999-2018-ci illərdə FTB agenti olmuş Babak Brumand 2015-2018-ci illərdə təqribən 150 000 dollar nağd pul, şəxsi təyyarə uçuşları, otellərdə qalma, əxlaqsız qadınlar və hətta mafiya vəkilinin müştərilərinə kömək etmək üçün “Ducati” markalı motosiklet alıb.

İstintaq sənədlərinə əsasən, Brumand özünü məxfi mənbə kimi təqdim edərək adı açıqlanmayan vəkillə münasibətini gizlədib. O, vəkillər və müştərilərin adından qanunsuz məlumat bazası axtarışlarını qanuniləşdirmək üçün saxta hesabatlar yazıb.

2015-ci ildə bir vəkil Brumandan daha çox “Lev Aslan Dermen” kimi tanınan Levon Termenjyanla bağlı FTB dosyesinə müraciət etməyi xahiş edib. ABŞ prokurorları Termenjyanı 1 milyard dollarlıq biodizel vergisi krediti fırıldaqçılığı sxemində iştirak etdiyinə görə 2020-ci ildə Yuta federal məhkəməsində məhkum edilmiş erməni mafiyasının üzvü kimi qeydə alıblar.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 149

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031