“Taliban” Pakistan valyutasının istifadəsinə qadağa qoydu
(5-10-2022, 13:00)



“Taliban” oktyabrın 1-dən etibarən Əfqanıstanda Pakistan valyutası olan Pakistan rupisinin istifadəsinə qadağa qoyulmasını əmr edib.

“Khaama Press” xəbər verir ki, “Taliban” Kəşfiyyat Agentliyinin Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə Şöbəsi Pul Mübadilə Satıcıları Assosiasiyasına Əfqanıstanda maliyyə əməliyyatlarında Pakistan rupisindən istifadənin tamamilə qadağan edildiyinə göstəriş verib.

Köçürmələr, ticarət və valyuta mübadiləsi daxil olmaqla bütün maliyyə əməliyyatlarına icazə verilmir.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 145

Xəbər lenti
12-11-2025 11:00