“PUTİN RUSİYA DÖVLƏTÇİLİYİNİ SIFIRLADI” – "Dövlətin çöküşü rəsmən sənədləşdirildi”
(5-10-2022, 09:30)



“O, Rusiyanı baş tutmamış, çökmüş dövlətlər kateqoriyasına daxil etdi”

“Müstəqillik, öz müqəddəratını təyin etmə məqsədilə bütün Rusiya ərazisi üzrə referendumlar baş verəcək… Çünki özünüz belə bir presedent yaratmısınız”

“Putin Sentyabrın 30-da Georgiyev zalında böyük auditoriya qarşısında Rusiya dövlətçiliyini rəsmən sıfırladı. Xeyli vaxtdır buna doğru gedilirdi. Ancaq indi dövlətin çöküşü rəsmən sənədləşdirildi. Bu, kənardan Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin Rusiyaya birləşdirilməsi kimi görünə bilər. Lakin reallıqda Putin həmin gün Putin Rusiyasının baş tutmamış, yaxud çökmüş dövlətlər kateqoriyasına daxil olmasına dair sənədlər imzaladı”.

Bunu Putin hakimiyyətinə müxalif rusiyalı milyarder Mixail Xodorkovski söyləyib.



Xodorkovski deyib ki, Ukraynanın məlum ərazilərinin Rusiyaya birləşdirilməsinə dair sənədlərin imzalanması isterikanın və Putinin bu müharibəni uduzmasının göstəricisidir.

Onun fikrincə, Putin müharibə qərarı və ondan sonrakı qərarlarıyla Rusiya dövlətçiliyinin bünövrəsini laxladıb və olduqca təhlükəli presedent yaradıb: “Putin bununla da təkcə Rusiya dövlətçiliyinin bünöbvrəsini minalamayıb, həm də partlayış düyməsini basıb. İşğal olunmuş ərazilərdə işğalçıların qanunları əsasında referendum keçirilməsi tamamilə qanunsuzdur. Məsələn, olarmı ki, Almaniyanın dəstəklədiyi Kalininqrad administrasiyası bu ərazinin Almaniyaya birləşdirilməsinə dair referendum keçirsin? Yaxud, olarmı ki, Kuril adalarının Yaponiyaya birləşdirilməsi üçün Yaponiya qanunları əsasında və Yaponiya silahlı qüvvələrinin nəzarəti altında referendum keçirilsin?

30 sentyabra qədər bunu təsəvvür etmək mümkün deyildi. Lakin Putin özü Rusiyanın ərazi bütövlüyünü şübhə altına almaq üçün hər şey etdi…

İndi belə bir presedent yaranır ki, ayrı-ayrı regionlar dövlətin özünün razılığı olmadan ondan ayrılmaq barədə referendum keçirə bilərlər. Putin BMT Nizamnaməsi əsasında xalqların öz müqəddəratını təyin etməsi hüququndan danışır. Rusiya Federasiyası ərazisində nə qədər belə xalq var? Çeçenistan, Tatarıstan, Yakutiya, Buryatiya, Uzaq Şərq regionları və sair. Elə bilirsiniz ki, onlar Putinin çıxışından özləri üçün nəticələr çıxarmadılar?

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 125

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031