Rusiya Ukraynaya "İskəndər" raketləri atıb - Ölən və yaralananlar var, 52 avtobus yanıb
(30-09-2022, 09:30)



Rusiyanın Ukraynanın Dnepr şəhərinə “İsgəndər” raketləri ilə zərbə endirməsi nəticəsində bir mülki şəxs ölüb, 5 nəfər isə yaralanıb.

Bu barədə Dnepr şəhərinin hərbi müdafiə administrasiyasının başçısı Valentin Rezniçenko bildirib.

Onun sözlərinə görə, hadisə zamanı 52 sərnişin avtobusu yanıb.
Məlumata görə, raket zərbələri nəticəsində daha 98 sərnişin avtobusuna, bir neçə çoxmərtəbəli yaşayış binasına, eləcə də gimnaziya, mağaza və inzibati binalara zərər dəyib.
V.Rezniçenko qeyd edib ki, Rusiya hərbçilərinin həmçinin şəhərin Nikopolsk rayonunu “Qrad” və ağır artilleriyadan atəşə tutması nəticəsində fərdi yaşayış evlərinə ziyan dəyib.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 130

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930