KÖÇƏRYAN SÜLHƏ QARŞI ÇIXDI – “İran amilindən” istifadəyə çağırır
(29-09-2022, 13:00)
Bu gün uşaq qatili, kriminal ünsür, Ermənistanın ikinci Prezidenti Robert Köçəryan İrəvanda mətbuat konfransı keçirib.
Kremlin İrəvanda "əsas adamı" hesab olunan Köçəryanın bu çıxışı eks-prezident Ter-Petrosyanın "Azərbaycanla sülhə getməsək, yenidən dövlət qurmalı olacağıq' bəyanatından sonra maraqla gözlənilirdi. Ölkənin birinci Prezidenti İrəvanın 44 günlük müharibədə kapituliyasiya etdiyini, Qarabağ üzərində bütün təsirini itiridiyini və Azərbaycan, Türkiyə ilə sülhə getməkdən başqa çarəsinin olmadığını bəyan etmişdi.
R.Köçəryan isə bildirib ki, Ermənistan dərin təhlükəsizlik böhranı yaşayır və hakimiyyət ölkənin ərazi bütövlüyünü qoruya bilmir. Onun sözlərinə görə, Azərbaycanın son addımları nümayiş etdirdi ki, Ermənistan hakimiyyəti öhdəliklərini yerinə yetirmək üçün müqaviləsi olduğu beynəlxalq tərəfdaşları prosesə cəlb edə bilmir.
Körpə qatili hesab edir ki, ölkədəki son mitinqlər vəziyyətin partlayış həddində olduğunu bir daha göstərdi. "Bir tərəfdən cəmiyyət qərarlar tələb edir, digər tərəfdən isə veriləcək qərarlar ölkə daxilində iğtişaşlara səbəb ola bilər”.