ƏRDƏBİLDƏ DƏ ETİRAZLAR BAŞLADI - Əhali hökumət qüvvələrini daşlayır + VİDEOLAR (Yenilənib)
(26-09-2022, 14:00)



İranın Ərdəbil şəhərində hiddətlənmiş əhali hökumət qüvvələrini daş-kəsəklə qovur. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Etirazçılar onlara hücum edən xüsusi təyinatlılara "bişərəf" deyə xitab edirlər.

Xatırladaq ki, İranda 22 yaşlı Məhsa Əmininin ölümü ilə başlayan gərginlik hələ də davam etməkdədir. Məhsanın ölümü İran xalqını ayağa qaldırıb. Məhsa Əmini sentyabrın 13-də əxlaq polisi tərəfindən saxlanıldıqdan bir neçə saat sonra  komaya düşüb, sentyabrın 16-da isə xəstəxanada ölüb. Şahidlər, ailə və xəstəxana hesabatları gənc qadının təbii səbəblərdən ölümünü inkar edirlər. Bundan sonra ölkə boyu geniş etiraz aksiyaları başlayıb.

Ölkənin bir çox əyalət, rayon və qəsəbələrinə etirazlar davam edir .

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 141

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930