Enerji böhranı Eyfel qülləsini də “vurdu” – Tarixi abidənin işıqları daha tez sönəcək
(12-09-2022, 16:30)



Paris şəhərinin əsas simvolu hesab olunan Eyfel qülləsinin işıqlandırılmasında böyük problemlər yaşanır.

 Britaniyanın “The Guardian” nəşrinə istinadla xəbər verir ki, Avropada baş verən enerji böhranına görə, Paris meriyası bu həftədən etibarən abidənin işıqlandırılmasını 1 saat azaltmağa hazırlaşır.

Məlumatda qeyd olunur ki, hazırda Eyfel qülləsi 20 min yanıb-sönən lampa vasitəsilə işıqlandırılır. Dəyişiklikdən sonra 23:45-dən etibarən qüllənin işıqlarının bir saatlığına söndürüləcəyi bildirilir.

Qüllənin idarə heyətinin rəhbəri Jan-Fransua Martins isə bu addımı “simvolik” adlandırıb: “Enerji böhranının yaşandığı bir vaxtda bu, yaxşı bir jestdir. Abidənin gecə vaxtı işıqlandırılması onun illik enerji istehlakının 4 faizini təşkil edir”.
Həmçinin bildirilir ki, yaxın günlərdə enerjiyə qənaət etmək üçün, Marseldəki abidələrin, o cümlədən Pharo Sarayının da sentyabrın sonundan etibarən işıqlanma vaxtının azaldılması gözlənilir.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 130

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031