"Ukrayna müharibəsində 5 767 nəfər ölüb" - BMT
(10-09-2022, 12:30)



Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiyanın Ukraynaya hücumu nəticəsində 5 767 nəfərin həlak olması ilə bağlı məlumatı təsdiqləyib.

Bu barədə BMT-nin Ukraynadakı İnsan Haqları Monitorinq Missiyasının rəhbəri Matilda Boqner bildirib.

"Bu günə qədər biz 14 059 mülki insanın zərər çəkdiyini yoxladıq və təsdiqlədik. Döyüşlər nəticəsində 5 767 dinc sakin həlak olub, 8 292 nəfər yaralanıb. Biz dəfələrlə qeyd etmişik ki, faktiki rəqəmlər yəqin ki, bundan xeyli çoxdur", - Boqner deyib.

BMT missiyası həmçinin təsdiqləyib ki, ən azı 416 nəfər Rusiya tərəfindən işğal olunmuş ərazilərdə “əsassız həbs və zorla yoxa çıxmanın qurbanı” olub.
"Bunlardan (416 nəfər - red) 16 nəfər ölü tapılıb, 166 nəfər sərbəst buraxılıb. Biz həmçinin 51 əsassız həbsi və zorla yoxa çıxma kimi qiymətləndirilə bilən daha 30 hadisəni qeydə aldıq...)", - BMT missiyasının rəhbəri də əlavə edib.
Bundan başqa, hərbi əsirlərin saxlanmasında da bir sıra qanun pozuntuları qeydə alınıb.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 119

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031