Ukrayna Rusiyadan 300 milyard dollar təzminat tələb edir
(9-09-2022, 10:30)



Ukrayna müharibə ilə bağlı Rusiyadan ən azı 300 milyard dollar (510 milyard manat) məbləğində təzminat almaq istəyir. Kiyev BMT Baş Assambleyasında gələcəkdə zərərin ödənilməsi üçün beynəlxalq mexanizmin yaradılmasının əsas götürülməli olduğu qətnamənin qəbuluna nail olmaq niyyətindədir.

Bu barədə Almaniyanın “Funke” media qrupunun nəşrlərinə müsahibəsində Ukraynanın ədliyyə naziri Denis Malyuska bildirib.

“Biz Rusiyanın aqressiv müharibəsi ilə Ukraynaya vurduğu bütün ziyana görə kompensasiya almaq istəyirik”, - deyə nazir əlavə edib.
Qeyd olunan məbləğ Rusiya Bankının G7 ölkələrindəki sanksiyalar altında dondurulmuş aktivlərinə uyğundur. Malyuska bu vəsaitlərə, eləcə də Rusiya dövlət müəssisələrinin xarici aktivlərinə və rusiyalı oliqarxların müsadirə olunmuş əmlakına çıxış tələb edib.
“Almaniya da ölkədə nə qədər Rusiya aktivinin yerləşdirildiyi barədə məlumat verməlidir”, - qurum rəhbəri sözlərini yekunlaşdırıb.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 123

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930