Ərzaqla bağlı situasiya mürəkkəbləşəcək - BMT proqnoz edir
(29-08-2022, 18:00)



Ümumdünya ərzaq proqramının direktoru Devid Bisli hesab edir ki, dünyada ərzaqa çıxış problemi ən azı gələn ilə qədər qalacaq.

Bu proqnozla o, «CNN» telekanalının efirindən çıxış edib.

«Hazırda gəmilər Ukrayna buğdası ilə üzürlər və mən ümid edirəm ki, onlar hər gün, hər həftə üzməyə davam edəcəklər. Elə indicə bir cüt gəmi Afrika Buynuzu bölgəsinə (Afrikaın şərqində bölgədir, Efiopiya və onun təsiri altında olan ölkələri: Cibuti, Eritriya və Somalini birləşdirir, bu ad ona bölgənin xəritədəki görünüşünə görə verilib) yola düşüb, bu, gerçəkdən Somalidə, Efiopiyada, Keniyanın şimalında, harada ki, belə təcili lazımdırsa, orada situasiyanı yaxşılaşdıracaq. Əgər bizim vəsaitimiz, dəstəyimiz və buğdamız olarsa, bilirik ki, aclıq və fəlakətin qarşısını necə almaq lazımdır» - o, deyib.

Bislinin sözlərinə görə, onun şübhəsi yoxdur ki, situsiya yaxşıya doğru dəyişməzdən əvvəl dərinləşəcək.

«Limanların açılması imkan verəcək ki, əmtəə birjalarında situasiyanı sabitləşdirmək mümkün olsun, amma bu, yaxın 12-24 ildə bizim qarşımızda duran bütün problemləri həll etmir» - Bisli qeyd edib.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 134

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930