"Darya Duqinanın qatili öldürüldü" - Avstriya mediası + FOTO
(29-08-2022, 16:30)

Rusiyalı politoloq Aleksandr Duqinin qızı Darya Duqinanın qətlində şübhəli bilinən Natalya Vovkun öldürüldüyü ilə bağlı iddialar yayılıb.
Bu barədə Avstriyanın “Express” nəşri məlumat yayıb.
Nəşrin iddiasına görə, Natalya Vovkun cansız bədəni kirayədə qaldığı mənzildə tapılıb. Vovkun ölüm səbəbi kimi, 17 bıçaq yarası alması göstərilib.
Bu xəbərlə bağlı Avstriya Daxili İşlər Nazirliyindən də açıqlama gəlib. Rusiyanın “Sputnik” agentliyinə danışan səlahiyyətli şəxslər Vovkun öldürülməsi ilə bağlı yayılan iddialarla bağlı məlumat verə bilməyəcəklərini deyiblər.Xatırladaq ki, sui-qəsdin ardından Natalya Vovkun avqustun 21-də Rusiya sərhədindən keçərək Estoniyaya qaçdığı bildirilib.
Ana səhifəyə qayıt
Oxunub: 124
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər