Norveçdə körpü uçdu: İki avtomobil çaya düşdü - FOTOLAR
(16-08-2022, 09:30)



Norveçin cənubunda körpü uçub. Körpü iki yerdən tamamilə dağılıb. Qəza nəticəsində körpünün üzərində olan minik avtomobili və yük çaya düşüb. Hər iki avtomobilin sürücüsünün sağ olduğu və xəsarət almadığı bildirilir.

Yük maşınının sürücüsünü xilas etmək üçün xilasedici helikopter gətirilib.

“Bu dramatik idi. Hər iki sürücü böyük təşviş keçirdi. Amma xoşbəxtlikdən hər şey yaxşı keçdi”, - deyə yerli polis nümayəndəsi Terje Kroqstad qeyd edib.

Yük maşınının çıxarılması ilə bağlı işlər gedir. Bölgədə güclü yağış proqnozlaşdırılır ki, bu da vəziyyəti daha da gərginləşdirə bilər.

Hadisə ilə bağlı insanlarla sorğu keçirilib, araşdırma başladılıb.


шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 143

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930