Yaponiyanın dövlət borcu adambaşına 74 min dolları keçib
(11-08-2022, 12:30)
İyunun sonuna Yaponiyanın dövlət borcu 1,255 katrilyon yenə (təxminən 9,298 trilyon dollara) yüksəlib. Bu barədə çərşənbə günü ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.
Beləliklə, dövlət borcu ilk dəfə adambaşına 10 milyon yeni (təqribən 74 min dolları) ötüb.
Yaponiyanın dövlət borcuna dövlət istiqrazlarının, qısamüddətli dövlət qiymətli kağızlarının və müvəqqəti borcların cəmi daxildir. Onların artımı son illərdə pandemiya ilə əlaqədar tibbi və sosial ehtiyaclar üçün əlavə xərclər hesabına baş verib.Qeyd edək ki, hələ 2003-cü ildə Yaponiyada adambaşına düşən dövlət borcu hazırkı məbləğin təxminən yarısı qədər olub.
Ana səhifəyə qayıt
Oxunub: 151
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər