RUSİYA BU YOLLA TURİST CƏLB ETMƏYƏ ÇALIŞIR... - "Gözəl qızlar, vodka üçün gəlin" +VİDEO
(3-08-2022, 09:30)



Sosial şəbəkələrdə yayımlanan “Rusiyaya köçmək vaxtıdır” adlı video klip böyük müzakirələrə səbəb olub.

 İspaniyadakı Rusiya səfirliyinin rəsmi "tviter" hesabından edilən paylaşımda, Rusiyaya turist cəlb etmək üçün "Gözəl qızlar və ucuz qaz üçün gəlin" ifadələri işlədilib.

Sosial şəbəkə istifadəçiləri paylaşımda "gözəl qız" ifadəsinin işlədilməsini birmənalı qarşılamayıb, qadınların bu cür kampaniyalarda istifadə edilməsinə etirazlarını bildiriblər.

Həmçinin video klipdə Rusiyaya köçmək səbəbi kimi- yaxşı yemək, gözəl qızlar, tarix, unikal memarlıq abidələri, vodka, ucuz qaz, elektrik və su kimi faktorlar göstərilib. Klibin sonunda “Gecikmə, qış gəlir” xatırlatması da böyük marağa səbəb olub.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 127

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930