Putinin bunkerində fikir ayrılığı – Kremldə faşist qruplarının mübarizəsi
(31-07-2022, 10:37)
Rusiyalı publisist Yelenovka kolonunun atəşə tutulması barədə danışıb.
İşğal olunmuş Donetsk vilayətinin Yelenovka məntəqəsində ukraynalı hərbi əsirlərin kütəvi halda öldürülməsi Kremldəki müxtəlif faşist qrupları arasındakı mübarizənin nəticəsidir.
Bu fikri rusiyalı publisist və müxalif siyasətçi Andrey Piontkovski səsləndirib («24-cü kanal»).
Onun sözlərinə görə, kalonun atəşə tutulması barədə Kreml təbliğatının ortaya atılması Rusiya Federasiyasında fikir ayrılığının, həm Putin bunkerində, həm də Rusiya hərbi rəhbərliyində nəzarətin itirilməsinin göstəricisidir.Piontkovski hesab edir ki, Putin cənubda Ukrayna ordusunun əks-hücumundan qorxur və müxtəlif üsullarla «barışa» nail olmağa çalışır, amma bu cəhdi pozmaq istəyirlər.
«Putini tənqid edən Rusiya elitası və ultrafaşist qruplaşma tərəfindən müqavimət var - onlar hesab edirlər ki, Putin «kifayət qədər faşist» deyil. Onlar hər cür çalışırlar ki, barış cəhdlərini pozsunlar. Mən, hesab edirəm ki, bu, dəhşətli cinayətdir - Kremldəki müxtəlif faşist qruplarının mübarizəsinin nəticəsi».
Ana səhifəyə qayıt
Oxunub: 142
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər