“Ukrayna ilə müharibədə Rusiya siyasi məğlubiyyətə uğrayıb” - Ekspert
(30-07-2022, 10:00)



Rusiya Ukrayna ilə müharibədə siyasi məğlubiyyətə uğrayır və münaqişənin əvvəlində qarşıya qoyduğu məqsədlərinə çata bilmir.

Bu barədə beynəlxalq təhlükəsizlik problemləri sahəsində mütəxəssis Yuri Fyodorov bəyan edib.

«Hər şeydən əvvəl, Rusiya siyasi məğlubiyyətə uğrayıb. Təcavüzdən əvvəl Kreml tərəfindən formalaşdırılmış müharibə hədəfləri, məhz Ukraynanın kapitulyasiyası, onun dövlətçiliyinin məhvi, Rusiyanın protektoratına çevrilməsi və ya hansısa ittifaq dövlətinə daxil edilməsi hədəflərinə çatılmayıb və çatıla da bilməzdi» - ekspert izah edib.

Onun sözlərinə görə, Ukraynada müharibənin yeni hədəfi, hansı ki, Rusiya Federasiyası martın axırında səsləndirib, o, hələ də buna çatmağa cəhd edir. Söhbət Ukraynanın qismən işğalından gedir - Silahlı qüvvələrin məhdudlaşdırılması və neytral status barədə öhdəliklər. Fyodrov əlavə edib ki, Rusiya hakimiyyətinin ambisiyalarının yayıldığı bölgələri sadalamaq çətindir.
«Mümkündür ki, bu ərazilər ki, hazırda işğal edilmiş ərazilərdir. Və ya daha ambisiyalı canatma, o cümlədən, Nikolayev, Odessa, Xarkov vilayəti. Amma cəbhədəki situasiya göstərir ki, bu məqsədlərə nail olmaq mümkün deyil» - o, yekunlaşdırıb.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 130

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930