Polşada Ukrayna ilə birgə “Dronlar vadisi” yaratmaq istəyirlər
(28-07-2022, 11:06)
Polşa və Ukrayna «Dronlar vadisi» yaratmağı planlaşdırırlar ki, birgə pilotsuzlar sahəsinə malik olsunlar.
Bu barədə «Polşa radiosu» xəbər verib.
Bu sahənin yaradılması ideyasını iyulun 26-da Varşavada Polşanın maraqlı nümayəndələri müzakirə ediblər.
Warsaw Drone Summit konfransı Ukrayna Rəqəmsal Transformasiya Nazirliyi və Ukraynanın Polşadakı səfirliyinin dəstəyi ilə keçirilib.«Pilotsuzlar vadisi» konsepsiyasını münaqişə zonasında işlsəyən MKİ-nin terrorçuluqla mübarizə üzrə keçmiş direktoru Bernard Xadson təqdim edib. Onun sözlərinə görə, Rusiyanın Ukraynaya soxulması pilotsuz uçan aparatların döyüş meydanında mühüm rolunu ortaya qoydu, Polşada isə «Dronlar vadisi»nin Polşada yerləşməsi pilotsuzlar innovasiyasının və texnologiyasının bölgəsel mərkəzi ola bilər.
Ukrayna Rəqəmsal Transformasiya Nazirliyinin xəbər verdiyi kimi, iyulda «Dronlar ordusu» adlı miqyaslı layihəyə başlanıb və burada yüksək dəqiqlikli multikopter üçün yarım milyon qrivendən artıq vəsait toplayıblar.
Ana səhifəyə qayıt
Oxunub: 121
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər