Belarus İsveçə nota verib
(12-07-2022, 11:00)



İsveçin Belarusdakı səfiri Kristina Yohannesson bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

İsveç səfirinə Belarus Xarici İşlər Nazirliyinin müvafiq notası təqdim olunub və ona axtarışda olan Belarus vətəndaşları Vitali və Vladislav Kuzneçikovlara sığınacaq verilməsi ilə bağlı etiraz edilib.
"Rəsmi Stokholmun göstərilən qeyri-dost addımlarını nəzərə alaraq, İsveç səfiri Belarus tərəfinin səfirliyə və onun əməkdaşlarına qarşı gördüyü tədbirlər barədə məlumatlandırılıb", - Belarus XİN-dən bildiriblər.
Bundan əvvəl yerli KİV-lər 2020-ci ilin sentyabrında ata və oğul Kuzneçikovların İsveçin Minskdəki səfirliyinə sığındıqlarını yazmışdı. Onlar Vitebskdə icazəsiz aksiyada iştirak etməkdə və polis əməkdaşlarına müqavimət göstərməkdə ittiham olunurlar.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 137

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930