Qərb nazirləri Lavrovu boykot etdi - Rusiya XİN rəhbəri G-20 sammitini yarımçıq tərk etdi + FOTOLAR
(8-07-2022, 14:30)



Birləşmiş Ştatlar və Qərb müttəfiqləri cümə günü İndoneziyanın Bali kurort adasında keçirilən G20 sammitində Rusiyaya Ukraynadakı əsassız işğalçı müharibəyə görə sərt təzyiq göstəriblər. Lakin Moskvanın nümayəndəsi, xarici işlər naziri Sergey Lavrov inadkarlığını davam etdirib.

 ABŞ Dövlət katibi Antoni Blinken və rusiyalı həmkarı Sergey Lavrov müharibə başlayandan sonra ilk dəfə üz-üzə gəlib və toplantıda iştirak edib. Ev sahibi dərhal onlara münaqişənin danışıqlar yolu ilə bitməli olduğunu söyləyib.

Dövlət Departamentinin yaydığı açıqlamada bildirilir ki, sammitdən əvvəl Blinken fransalı və almaniyalı həmkarları və yüksək rütbəli Britaniya rəsmisi ilə görüşüb, onlarla Rusiyanın Ukraynadakı işğalçı müharibəsini müzakirə edib. Nazirlər Rusiyanın Ukraynanın kənd təsərrüfatını qəsdən hədəfə alması nəticəsində yaranan qlobal ərzaq təhlükəsizliyi ilə bağlı problemlərin həlli yollarını nəzərdən keçiriblər.

Sammitdə Blinken Lavrovla görüşdən yayınıb və əvəzində Rusiyanı qlobal ərzaq böhranına səbəb olmaqda ittiham edərək, Moskvadan müharibədən əziyyət çəkən Ukraynadan taxıl daşınmasına icazə verməsini tələb edib.



"Ukrayna sizin ölkəniz deyil. Onun taxılı sizin taxılınız deyil. Niyə limanları bağlayırsız? Siz taxılı buraxmalısınız",deyə Blinken bildirib.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 133

Xəbər lenti