"Artıq Avropa qitəsində sülh yoxdur” - Makron
(30-06-2022, 17:30)
“Artıq Avropa qitəsində sülh yoxdur”.
Bunu Fransa Prezidenti Emmanuel Makron tviter səhifəsində yazıb.
“Bu, 2022-ci il fevralın 24-dən etibarən belədir. Müharibə seçimini Rusiya etdi. Biz müttəfiqlərlə Madriddə görüşərkən də bunu qeyd etdik. Fransa tezliklə Ukraynaya lazımi sayda zirehli texnika, o cümlədən 6 “Sezar” artilleriya sistemi göndərəcək. Fransa, bütün avropalı tərəfdaşlar Ukraynada olacaqlar”, - o bildirib.
Ana səhifəyə qayıt
Oxunub: 118
Xəbəri paylaş
Xəbər lenti
Ən çox baxılanlar