“Putin Ukraynaya nüvə zərbəsi vurmağa hazırdır” - Rusiyalı publisist
(29-06-2022, 12:00)
Rusiya Federasiyasının prezidenti Vladimir Putin işğal etdikləri Xersonun mülafiəsi üçün taktiki nüvə silahının tətbiqinə hazırdır.
Bu barədə rusiyalı publisist Andrey Piontkovski danışıb («24 kanal»).
“Rusiyanın mənasız və özünəqəsd hərbi aksiyasını - nüvə silahı ilə bir Ukrayna şəhərini məhv etməyi həyata keçirmək üçün bir qrup insanın bu prosesə aktiv cəlb olunması lazımdır. Ehtimal var ki, Putin taktiki nüvə silahı tətbiq etsin» - deyə, o, qeyd edib.
Bununla bərabər, publisist «Exo Moskvı» radiostansiyasının baş reaktoru Aleksey Venediktovun sözlərini xatırlayıb.
O, deyib ki, Xersonun müdafiəsi zamanı Putin taktiki nüvə silahı tətbiq etməyə hazırdır: “Venediktovu tanıyıram. Əgər eşitməsəydi, bunu uydurmazdı”
Pintkovskinin fikrincə, əgər nüvə zərbəsi endirmək yalnız Putindən asılı olsa idi o, bu zərbəni həyata keçirərdi. Amma bunu reallaşdırmaq xeyli mürəkkəbdir.
| « Fevral 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | |







