4 yaşında öz işini qurdu, 11 yaşında milyonçu oldu
(21-06-2022, 12:00)
Hazırda 17 yaşında olan texaslı gənc qız 4 yaşında qurduğu iş sayəsində 11 yaşında artıq milyonçu olub.
Mikeyla Ulmerin uğur hekayəsi ulu nənəsindən qalma qədimi bir yemək kitabını aldıqdan sonra başlayıb. O zamanlar yalnız 4 yaşında olan Mikeyla sərinləşdirici içki istehsalına başlayıb. Onun ulu nənəsindən qalma reseptə görə hazırlanan limonadın tərkibinə nanə, kətan toxumu və bal daxildir. Mikeyla balın əldə edilməsi barəsində məlumat toplayarkən, arıların ekoloji sistemdə necə mühüm rol oynadığına heyran qalıbmış. O, gəlirinin bir qismini arıların populyasiyasını dəstəkləyən təşkilatlara ödəyir. Onun hazırladığı ballı içkinin dadına hətta ABŞ-ın eks-prezidenti Barak Obama da baxıb.
Mikeyla 11 yaşına çatdıqda ABŞ-ın “Whole Foods” şirkəti həmin içki üçün ona 11 milyon dollar pul ödəyib.
Ana səhifəyə qayıt
Oxunub: 127
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər