Rusiya aviaşirkətləri Çin hava məkanına buraxılmır – Rusiya Çinə inamını itirir
(17-06-2022, 10:00)



Pekinin Rusiya hava yollarının xaricilərə məxsus reaktiv təyyarələrini hava məkanına buraxmaması Çin və Rusiya arasındakı “qardaşlıq münasibətləri”ni korlaya bilər.

“Washington Post” qəzetinə istinadən “The Hong Kong Post” xəbər verir ki, Çin ticarət, iqtisadiyyat və digər sahələrdə öz maraqlarını qorumaq üçün Ukrayna ilə davam edən müharibə şəraitində Moskvaya daha çox dəstək vermək istəmədiyini dəfələrlə nümayiş etdirib. Pekinin son addımı ilə Rusiya indi Çinə olan inamını itirmiş kimi görünür.

Qəzetin yazıdğına görə, Rusiya rəsmiləri Ukrayna ilə müharibə şəraitində Çinin Moskvaya daha çox dəstək verməkdən açıq-aşkar imtina etməsindən getdikcə məyus olur. Eksperlərin fikrincə, Çin Rusiya müharibəsindən uzaqlaşmağı və şirkətləri üçün sanksiyalarla nəticələnə biləcək addımlardan yayınmağı üstün tutub.

“Hong Kong Post” Rusiya mediasına istinadən yazır ki, Rusiya aviaşirkətləri təyyarələrinin xaricdə qeydiyyatdan çıxarıldığını göstərən sənədləri təqdim edə bilmir və Çin hava məkanına buraxılmır. Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarından sonra Çin Rusiyaya hissələri tədarük etməkdən imtina etmişdi və indi də Rusiya təyyarələrinin Çin hava məkanından istifadəsinə qadağa qoyub. Bu, Pekində Putinə dəstək çatının əlaməti ola bilər.

Çin daha əvvəl bəyan etmişdi ki, Ukraynadakı hadisələr dərin narahatlıq doğurur və Rusiya ilə Ukrayna arasında danışıqlarda liderlik edəcək.

Çin Rusiya ilə diplomatik əlaqələrə görə strateji olaraq tərəf tutmaqdan yayınıb və bu addımları qınamayıb. Əksinə, o, Rusiyanı qırılma nöqtəsinə itələməkdə NATO və ABŞ-ı günahlandırıb.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 127

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031