Rusiya dünyanı ekoloji fəlakətə sürükləyir - Peyk görüntüləri üzə çıxdı
(16-06-2022, 15:30)



Britaniyada nəşr olunan " The Guardian" qəzetinin yaydığı məlumata görə, dünyada ən böyük metan qazı sızmasının Rusiyadakı kömür mədənində basş verib. Məqalədə bildirilir ki, Kanadada yerləşən peyk izləmə şirkəti olan GHGSat-ın məlumatına görə, yanvar ayında Rusiyanın Kemerovo vilayətindəki Raspadskaya kömür mədənindən saatda təxminən 90 ton metan qazı buraxılıb. Bunun bir il ərzində 2,4 milyon ev üçün kifayət qədər təbii qaz hasil edəcək səviyyədə olduğu bildirilir.

Raspadskaya mədənində baş verən sızma, GHGSat-ın 2016-cı ildə qlobal peyk izləməsinə başladığından bəri aşkar etdiyi hər hansı digər sızmadan təxminən 50 faiz böyükdür. Şirkət bəyan edib ki, sızıntı bu günə qədər bir mənbədən baş verən hər hansı sızmadan daha böyük olub.

Bill Klintonun Ağ Evdəki keçmiş müşaviri, hazırda Vaşinqtondakı Proqressiv Siyasət İnstitutunda çalışan Pol Bledsoe deyib: “Bu, Rusiyanın dünyanın ən böyük və ən dağıdıcı metan sızıntılarını gizlətdiyinin sübutudur. Putin, müharibəni maliyyələşdirmək naminə Rusiya kömüründən, neftindən, qazından qazanc əldə etməyə çalışır və bunun üçün bu nəhəng, zərərli tullantıları gizlədir”.
Qeyd edək ki, qlobal miqyasda aparılan son ekoloji araşdırmalar göstərmişdi ki, metan qazının kəsilməsi qlobal istiləşmənin qarşısını almağın ən sürətli yollarından biri ola bilər.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 127

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930